Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Instagram” ulduzu müəmmalı şəraitdə öldü - FOTO

“Instagram” ulduzu müəmmalı şəraitdə öldü - FOTO

Tarix: 4 Yanvar 2021 17:24

Beşinci uşağına hamilə olan "Instagram" bloqeri Emili Mitçell səhər yeməyi zamanı müəmmalı şəkildə ölüb.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, "Em qəhvəsini içir və səhər yeməyi yeyirdi, ancaq birdən huşunu itirdi... Həkimlərin səylərinə baxmayaraq, onu özünə gətirmək cəhdləri nəticəsiz qaldı", - deyə qadının yaxınları məlumat yayıb.

Mitçell bloqunda ailə həyatı barədə məqalələr paylaşırdı, onun 143 min abunəçisi var idi.

Faciədən bir müddət əvvəl o, beşinci dəfə qeysəriyyə əməliyyatı etdirəcəyini bildirmişdi.

36 yaşlı bloqer hamiləliyinin 16-cı həftəsində idi.

Həkimlər onun qəfil ölümünün səbəbini hələ də müəyyənləşdirə bilməyiblər.


Etiketlər:  Instagram ulduzu müəmmalı şəraitdə öldü FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ