Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nişanlı idi, toyu olacaqdı, şəhidlik zirvəsinə ucaldı - VİDEO

Nişanlı idi, toyu olacaqdı, şəhidlik zirvəsinə ucaldı - VİDEO

Tarix: 4 Yanvar 2021 18:06

Tankının qabağına mina zərərsizləşdirmək üçün qurğu taxaraq döyüşlərin ilk günündən yüksək məharəti ilə seçilib. İki dəfə ağır yaralansada mən döyüşçü qardaşlarımın yanında olmalıyam deyən cəsur Oğuz sakini Tural Məmmədovun ən böyük arzusu Azərbaycan torpaqlarını azad görmək idi. Nişanlı idi, bəy olmağa hazırlaşırdı. Taleyi onu ən uca zirvələrə yüksəltdi.ölümündən sonra qəhrəman döyüşçü "vətən uğrunda" medalı ilə təltif olundu.

Tankı ilə 30 gün ərzində ərzində düşmən postlarını məhv edib. Yaşı az olsada amma bir ömürə bərabər dastan yazıb.

Tural Məmmədov 1 May 1995-ci ildə Oğuz rayonunun Sincan kəndində dünyaya gəlib.

Həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra əmisinə mən tankçı olacağam deyib.Elə bundan sonra arzusunu reallaşdırma üçün əlindən gələni edib.Müharibə başlayan ilk gündən ən ön sıralarda vuruşub.Hətta döyüşlərdə iki dəfə ağır yaralanıb..

İkinci qarabağ döyüşlərində peşəkar tank komandiri kimi Ohanyan səddini aşanlardan olub.Düşmənin 30 ilə yaxın min bir tələlər ,minalar düzdüyü səddi xüsusi qurğu qurulmuş tankla keçərək döyüş yoldaşlarına yol açmaq qorxmaz komandirin polad iradəsi olub

Oğlunun yoxluğu ilə barışa bilməyən ananın tək təsəllisi onun Vətən uğrunda şəhid olmasıdır deyir.

Tural Məmmədov nişanlı olub valideynləri onun toyuna hazırlaşarkən o 28 oktyabrda şəhid olub.

Milli.Az xezerxeber.az-a istinadla mövzu ilə bağli videomateriali təqdim edir:

Milli.Az


Etiketlər:  Nişanlı toyu olacaqdı şəhidlik zirvəsinə ucaldı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ