Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İki qardaş, iki igid - Adlarını qəhramanlıq tarixinə qızıl hərflərlə yazdılar - VİDEO

İki qardaş, iki igid - Adlarını qəhramanlıq tarixinə qızıl hərflərlə yazdılar - VİDEO

Tarix: 4 Yanvar 2021 18:45

İki qardaş, iki igid. Adlarını qəhramanlıq tarixinə qızıl hərflərlə yazdılar. Biri qazi kimi döndü evinə, biri azad xalqın şəhadətə yüksələn oğlu kimi.

Vətən müharibəsində qardaşlardan biri şəhid digəri isə qazi olur.

Mehbalıyev Elşən Təvəkkül oğlu 1994- cu ildə Bərdə rayonunun Otuzikilər kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. Daha sonra müxtəif kurslarda iştirak edib..Gizir Elşən Mehbalıyev cəbhənin Tərtər rayonu istiqamətində yerləşən N saylı Xüsusi təyinatlı hərbi hissədə xidmət edib.Onun ən böyük arzusu torpaqlarımızın işğaldna azad edilməsi olub.

Elşən ilk öncə Murov dag yüksəkliyinin alınmasında daha sonra Talış və Suqovuşan kəndlərinin işğaldan azad edilməsində gedən ağır döyüşlərdə iştirak edib. Noyabr 4- də şəhidlik zirvəsinə yüksəlib..

Elşəndən iki yaş kiçik qardaşı Elnur da xüsusi təyinatlı qüvvələrdə xidmət edib. Hər iki qardaş cəbhənin müxtəlif istiqamətlərində Vətən müharibəsində iştirak edərək döyüşüb.
Elnur Xocavənd istiqamətində gedən döyüşlərdə yaralanır... Tibb məntəqəsinə gətiriləsədə sonradan müalicəsini yarımçıq qoyaraq yenidən döyüşlərə qatılır. Qardaşının şəhid xəbərini döyüşdə olarkən alır.

Elşən və Elnur qardaşları göstərdikləri şücatəfə, igidliyə görə müxtəlif orden və medallarla təltif ediliblər.

Sonxeber.net xezerxeber.az-a istinadla mövzu ilə bağli videomateriali təqdim edir:


Etiketlər:  İki qardaş igid Adlarını qəhramanlıq tarixinə qızıl hərflərlə yazdılar VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ