Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Misirli məşqçi: Bakı Milli Gimnastika Arenasında müsbət atmosfer hökm sürür

Misirli məşqçi: Bakı Milli Gimnastika Arenasında müsbət atmosfer hökm sürür

Tarix: 25 Aprel 2019 18:16

Bakı. Cani Babayeva - Trend:

Bədii gimnastika üzrə Dünya Kubokunun iştirakçıları üçün möhtəşəm şərait yaradılıb.

Bunu Trend-ə Misir milli komandasının məşqçisi Mayar Rahab deyib.

O bildirib ki, Azərbaycan Gimnastika Federasiyası məşqlər üçün yaxşı şərait yaradıb:

“Bu, bizim hazırlıqlarımız üçün ən yaxşı məkandır. Bakı Milli Gimnastika Arenasında müsbət atmosfer hökm sürür. Məşq zalı böyükdür”.

M.Rahab vurğulayıb ki, qonaqpərvərlikdən və idmançılara və məşqçilərə göstərilən qayğıdan çox məmnundur.

Qeyd edək ki, 26-28 aprel tarixlərində Bakıda bədii gimnastika üzrə Dünya Kuboku yarışı keçiriləcək. Turnirdə 39 ölkədən ümumilikdə 200-dən çox gimnast mübarizə aparır. Üç gün davam edəcək yarışda 25 qrup komandası və 70-dən çox fərdi gimnast hakimlər qarşısına çıxacaq.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Misirli məşqçi Bakı Milli Gimnastika Arenasında müsbət atmosfer hökm sürür


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ