Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Artıq ağrıları hiss eləmirdik, bu isə erməniləri əsəbiləşdirirdi - Əsirlikdən qayıdan hərbçi

Artıq ağrıları hiss eləmirdik, bu isə erməniləri əsəbiləşdirirdi - Əsirlikdən qayıdan hərbçi

Tarix: 5 Yanvar 2021 14:36

Bakı. Samir Əli - Trend:

Füzuli istiqamətində döyüşə başladıq. Noyabrın 8-də mən 3 yerdən yaralandım. Yeriyə bilmirdim. Gün yarım meşədə qaldım. Hüşumu itirdim. Ayılanda gördüm əsir götürülmüşəm.

Trend-in məlumatına görə, bunu erməni əsirliyində olmuş gizir Ömər Ələkbərov deyib.

O bildirib ki, Ermənistanda ona dəhşətli işgəncələr verirdilər: "Ermənilər məni vadar edirdilər ki, onların dediyini təkrar edim. Amma mən onları söyürdüm. Onlar isə dəhşətli işgəncə verirdilər. Qoluma 2 qandal vurmuşdular. Hər gün işgəncələr verirdilər. Mənimlə saxlanılan digər əsirlərə də işgəncə verirdilər ki, Azərbaycan əsgərini söyək. Amma biz onların özünü söyürdük.

Ümidimi itirməmişdim ki, Azərbaycan Prezidenti bizi qaytaracaq. Bizə işgəncə verirdilər, amma biz qışqırmırdıq. Biz artıq o ağrıları hiss eləmirdik. Bu isə erməniləri əsəbiləşdirirdi. Erməni bizə sual verirdi ki, sizə nə iynəsi vurublar ki, siz ağrımırsınız? Onlar deyirdilər ki, Azərbaycan əsgərini vururuq yıxılır, amma durub axsaya-axsaya üstümüzə gəlir. Bu onları şoka salmışdı".


Etiketlər:  Artıq ağrıları hiss eləmirdik isə erməniləri əsəbiləşdirirdi Əsirlikdən qayıdan hərbçi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ