Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Yanvar 2021 23:30
İmmun sistemini gücləndirmək üçün dərmanlardan öncə təbii vasitələrə üz tutmaq lazımdır.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, belə vasitələr arasında birinci yeri pomidor tutur.
Tərkibində antioksidant rolunu oynayan karotin olduğu üçün pomidor immun sistemini gücləndirir.
B6 vitamini ilə zəngin olan bananın da faydası az deyil. O, dəri və sidik kisəsi xərçənginin yaranmasının və eyni zamanda böyrək daşının əmələ gəlməsinin qarşısını alır.
İri atpıtrağı qiymətli xüsusiyyətlərinə görə kollagen sintezini, hüceyrə canlılığını artırır və inkişafını stimullaşdırır.
Bu siyahıda propolisə də yer var. Propolis əzələ inkişafını təşviq edir, iltihab əleyhinə və ağrıkəsici təsir göstərir. Bundan əlavə, propolis immun sisteminin tarazlığını qorumaq üçün lazım olan makrofaqların virusları və bakteriyaları məhv etmək qabiliyyətini yaxşılaşdırdığı üçün güclü, təbii immunostimulyantdır.
İmmunitet sistemini gücləndirmək üçün pəhrizə göbələk və papaya əlavə etmək məsləhət görülür. Papaya cavanlaşdırıcı təsirə malikdir və qurudulduqda da faydalıdır.