Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Yanvar 2021 13:40
Gürcüstandakı yeraltı təkan Ermənistanın şimalında hiss olunub.
Sonxeber.net unikal.org-a istinadən bildirir ki, bunu Ermənistan Fövqəladə Hallar Nazirliyinin Seysmik Müdafiə Xidməti açıqlayıb.
Məlumata görə, yeraltı təkan yerli vaxtla bu gün saat 02:26-da Gürcüstanın Dmanisi şəhərindən 20 km şimal-qərbdə qeydə alınıb. Zəlzələnin maqnitudası 3,3 bal, episentri isə 10 km dərinlikdə olub.
Yeraltı təkan Lori vilayətinin Paxabür və Metsavan kəndlərində də hiss olunub.