Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aİ ərazisində növbəti vaksinin tətbiqinə icazə verilib

Aİ ərazisində növbəti vaksinin tətbiqinə icazə verilib

Tarix: 6 Yanvar 2021 17:36

Bakı. Orxan Nəbiyev - Trend:

Avropa Dərman Preparatları Agentliyi (EMA) ABŞ-ın "Moderna" koronavirus vaksininin qeydiyyata alınmasını tövsiyə edib.

Trend-in məlumatına görə, bu barədə agentliyin bəyanatında deyilir.

Qeyd olunur ki, bu vaksin 18 yaşdan yuxarı bütün şəxslərin istifadəsi üçün tövsiyə olunur.

"Moderna" vaksini EMA-nın təsdiq etdiyi ikinci koronavirus vaksini olub.

Ötən ay EMA "Pfizer-BioNTech" vaksinin istifadəsinə icazə vermişdi


Etiketlər:  ərazisində növbəti vaksinin tətbiqinə icazə verilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ