Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Yanvar 2021 17:50
Danimarkada koronavirusla mübarizədə tədbirlər sərtləşdirilib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, ölkədə sərt karantin rejiminin tətbiqi barədə qərar verilib.
Danimarka Baş naziri Mette Frederiksen ölkədə risk səviyyəsinin 4-dən 5-ə qalxdığını qeyd edib.
Qərarlara görə, ən çox 10 nəfərin bir araya gəldiyi toplaşma sayı 5 nəfərə endirilib, 1 metr olan sosial məsafənin tətbiqi 2 metrə çatdırılıb. Qaydalar yanvarın 17-dək qüvvədə qalacaq.