Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Liverpul”dan Alabaya təklif

“Liverpul”dan Alabaya təklif

Tarix: 7 Yanvar 2021 10:00

"Liverpul" "Bavariya"nın futbolçusu David Alabaya müqavilə təklif edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə "Goal.com" nəşri məlumat yayıb. Sözləşmədə 28 yaşlı müdafiəçinin "qırmızılar"a keçəcəyi təqdirdə illik 10 milyon avro maaş alacağı qeyd olunub.

Müqavilənin digər detalları haqda məlumat verilməyib.

Qeyd edək ki, Alaba bu mövsüm 13 oyuna çıxaraq, 1 qol vurub. Futbolçunun Münhen təmsilçisi ilə hazırkı sözləşməsinin müddəti  2021-ci ilin yayına qədərdir.

Milli.Az


Etiketlər:  Liverpuldan Alabaya təklif


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ