Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2021 13:06
Bakı. Ceyhun Ələkbərov - Trend:
Şuşa şəhərinin baş planının hazırlanması üzərində işlərə başlanılıb.
Trend-in məlumatına görə, bunu Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev yanvarın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirədə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, şəhərsalma planlaşdırması ilə bağlı, ilk növbədə, işğaldan azad olunmuş bütün ərazilər üzrə ümumi planın hazırlanması istiqamətində işlərə başlanılıb. Eyni zamanda, artıq işğaldan azad olunmuş ərazilərə yerində baxışlar keçirilir:
"İlk növbədə, Şuşa şəhərinin ortofoto şəkli çəkilmiş və topoqrafiya işləri davam etdirilmişdir. Eyni zamanda, ərazilərə baxış keçirilərkən orada dəymiş ziyanın qiymətləndirilməsi məsələsinə də diqqət yetirilir. Mövcud vəziyyət dəyərləndirilir və sənədləşdirilir".
S.Nuriyev əlavə edib ki, bir sıra beynəlxalq və xarici şirkətlərlə əlaqələr qurulub, danışıqlara başlanılıb. Yerli mütəxəssislərin cəlb olunması təmin edilib.