Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2021 16:24
Rusiya Dövlət Dumasının deputatı Sergey Mironovdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
Sonxeber.net AZƏRTAC-a istinadən təbrikdə deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə Sizi təbrik edirik.
Uzun illərdir ki, Siz uzaqgörən və məsuliyyətli milli lider kimi Azərbaycan xalqının rifahı naminə səmərəli fəaliyyət göstərirsiniz, beynəlxalq arenada yüksək nüfuz qazanmısınız.
Sizin səyləriniz sayəsində bu gün Azərbaycan böyük sosial-iqtisadi potensiala və zəngin mədəniyyətə malik uğurlu dövlətdir.
Rusiya üçün Azərbaycanla dostluq və tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsi beynəlxalq siyasətin prioritetlərindən biridir.
Sizə ali dövləti fəaliyyətinizdə yeni uğurlar, cansağlığı və ən xoş günlər arzu edirəm.
Hörmətlə,
Sergey Mironov
Rusiya Dövlət Dumasının deputatı,
"Spravedlivaya Rossiya" fraksiyasının rəhbəri".