Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2021 17:28
İndi sizə vətən müharibəsində iştirak edib bir gözünü itirən, düşmənin xeyli sayda hərbi təyinatlı texnikasını ələ keçirən qazi Xəyyam Fətəliyevdən danışacağıq. Qızğın döyüşlər zamanı düşmənə qənim kəsilən qazimiz ermənilərdən götürdüyü tankı arxa cəbhəyə gətirərkən raketlə vurulub.
Sonxeber.net xəbər verir ki, ''Cəsur döyüşçü'' medalı ilə təltif olunan qazimiz ''Xəzər Xəbər''ə danışıb.
Müharibənin ən qızğın vaxtlarında, döyüş meydanında ''Xəzər Xəbər''ə müsahibə verən bu igidimizin nə qədər döyüşkən və qorxmaz olduğu elə bu cümlələrindən bəllidir. Bu şəxs vətən müharibəsi qazisi, sol gözünü itirən və çoxsaylı qəlpə yarası alan Xəyyam Fətullayevdir. Belə qəhrəmanlarımızı görən düşmən döyüş meydanında ancaq geriyə hərəkət etməli olurdu.
Onun döyüşlərdə əsas işi idarə etdiyi BTR-lə müqavimət göstərən düşmənin mövqelərini atəşə tutmaq, qənimət kimi əldə olunan düşmən texnikalarını sürərək arxa cəbhəyə gətirmək olub.
Vətən müharibəsinə qatılan Xəyyamın döyüş yolu Murovdağ yüksəkliyindən başlayıb. Daha sonra isə Tərtər rayonunun Talış və Suqovuşan kəndləri istiqamətində gedən ağır döyüşlərdə iştirak edib.
Xəyyam Fətullayev elə oktyabr ayının 11-də qənimət kimi əldə etdikləri tankı sürüb gətirərkən düşmən tərəfindən raket atəşinə tutulub və döyüş meydanında ağır yaralanıb.
Kəlbəcər rayonunun Moz kəndindən olan qazimiz indi öz ata yurduna qayıdacağı günü səbirsizliklə gözləyir.
Döyüşdə göstərdiyi şücaətinə görə, Xəyyam Fətullayev ölkə başçısı tərəfindən ''Cəsur döyüşçü'' medalı ilə təltif olunub.