Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Yanvar 2021 12:00
Bakı. Orxan Nəbiyev - Trend:
Braziliya hökuməti Çinin "Sinovac" şirkəti ilə 100 milyon dollar doza koronavirus vaksininin satın alınması ilə bağlı razılıq əldə edib.
Trend-in məlumatına görə, bu barədə Braziliyanın səhiyyə naziri Eduardu Pazuellu bildirib.
O bildirib ki, 46 milyon doza aprel ayına qədər tədarük ediləcək. Qalan 54 milyon doza isə ilin sonunadək satın alınacaq.
Bundan başqa, Braziliya "AstraZeneca" şirkətindən 254 milyon doza koronavirus vaksini almaq niyyətindədir.
Qeyd edək ki, Braziliya koronavirusa yoluxma səviyyəsinə görə, dünya ölkələri arasında üçüncü yerdə gedir. Ölkədə bugünədək 8 milyona yaxın yoluxma qeydə alınıb, 200 498 nəfər vəfat edib.