Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistanda əsgər valideynləri etiraz edir - Uşaqlarımızı Qarabağa göndərməyin!

Ermənistanda əsgər valideynləri etiraz edir - Uşaqlarımızı Qarabağa göndərməyin!

Tarix: 8 Yanvar 2021 13:08

Yerevanda bir neçə çağırışçının valideynləri etiraz aksiyası keçirirlər.

Sonxeber.net erməni KİV-ə istinadən xəbər verir ki, onlar bir həftəlik məzuniyyətə qayıdan oğullarının Ermənistanda saxlamalarını və Qarabağa göndərilməmələrini tələb edirlər.

"O gün bizə dedilər ki, Rusiya və Azərbaycan əsgərlərimizin Qarabağda xidmət etməsinə icazə vermir. Yaxşı dedik, püşk atsınlar, uşaqlar da Ermənistanda xidmət etsinlər. İndi də deyirlər - yox, yenidən Qarabağa getməlidirlər. Uşaqlar bunu istəmirlər və biz buna imkan verməyəcəyik", - aksiya iştirakçısı, əsgər analarından biri jurnalistlərə deyib.

Başqa bir əsgərin atası oğlunun yayda xidmətə getdiyini, cəmi dörd ay xidmət etdiyini və müharibənin bütün dəhşətlərindən keçdiyini söyləyib.

"...Niyə o bir daha bundan keçməlidir?", - o deyir.

Başqa bir kişi isə bunları qeyd edib: "Heç kim bizə uşaqlarımızın Qarabağa sağ çatacağına dair zəmanət vermir. Buna görə də heç yerə getməyəcəklər. Yolları bağlayacağıq və avtobusların keçməsinə icazə verməyəcəyik".

Aslan Məmmədov


Etiketlər:  Ermənistanda əsgər valideynləri etiraz edir Uşaqlarımızı Qarabağa göndərməyin


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ