Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Yanvar 2021 14:40
"WhatsApp" tərəfindən fevralın 8-də qüvvəyə minəcək yeni məxfilik siyasətinə görə, məlumatları "Facebook"-da paylaşmaq üçün icazə istəniləcək.
Sonxeber.net xəbər verir ki, buna uyğun olaraq lazımi təsdiq almayan istifadəçilər "WhatsApp"-dan istifadə edə bilməyəcəklər.
"WhatsApp"-ın saytındakı istifadə şərtlərinə görə, istifadəçi məlumatları "Facebook" ilə yanaşı, "Facebook"-un yaratdığı digər şirkətlərlə də paylaşılacaq.
"WhatsApp" istifadə etmək istəyən hər kəs bu qaydalara əməl etməlidir. (ölkə.az)