Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Yanvar 2021 18:06
"Bu gün anti-milli şura ermənilərlə sinxron fəaliyyət göstərir. Onlar xaindirlər".
Bunu Sonxeber.net-a açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı deyib.
Sədr müavini bildirib ki, Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Sevinc Osmanqızı bir müddət əvvəl Paşinyanı nümunə kimi göstərirdilər:
"Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi antimilli şura xain və satqın simasını yenə də nümayiş etdirdi, düşmənin dəyirmanına su tökdü. Xüsusən Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Sevinc Osmanqızı və digərləri. 44 günlük müharibənin gətirdiyi möhtəşəm qələbəni noyabrın 10-dan bu günə kimi kimlər gözdən salır? Darmadağın olunmuş Ermənistan, erməni lobbiçiləri, erməniləriin himayədarları və Azərbaycanın daxilndə olan anti-milli şura. Sinxron fəaliyyətlərini hər kəs görür. Əli Kərimli fərari atasıdır. O, öz oğlunu ABŞ-a qaçırdıb. Rəsmi olaraq Səfərbərlik xidməti məlumat yayıb ki, Əli Kərimlinin oğlu Türkel Kərimli xaricdəki bütün təhsillərini başa vurub, ancaq həqiqi hərbi xidmətdən yayınır. Yəni, ölkəyə gəlmir ki, əsgərlik xidmətini yerinə yetirsin. Əsgərlikdən yayınır. Fərari atası olan Kərimli on minlərlə igid əsgərlərimizin qanı və canı bahasına 20% torpağımızın 16% işğaldan azad edilib. 30 il idi ki, biz bu torpqlara ayaq basa bilmirdik. 250 il idi ki, Azərbaycan xalqı bir qarış torpağını geri qaytara bilmirdi. Bax bu cür möhtəşəm qələbəni hansı əsasla gözdən salmaq olar? Anti-milli ünsürlərin heç birinin yaxınları, əzizləri, doğmaları 44 günlük müharibədə iştirak etməyib. Bunlar bir müddət əvvəl Paşinyanı nümunə kimi göstərirdilər. İndi soruşulmalıdır ki, erməni xalqı bu "novator", "demokrat" haqqında nə fikirləşir? Ermənipərəst qüvvələr, müharibə dövründə Azərbaycana qarşı çirkin fəaliyyət göstərənlər, ermənilərə dəstək verənlər antimilli şuranın havadarlarıdır. Onlar fərari, xain və satqındırlar. Bunun başqa adı yoxdur!"
N.Orduxanlı qeyd edib ki, 44 günlük müharibədə indiki vəziyyətdə maksimum nəticəni əldə etmişik:
"Uzun illər idi Azərbaycanın torpağı Qarabağ və ətraf 7 rayon erməni işğalında idi. Və bu ərazi ümumilikdə Azərbaycanın 20% əhatə edirdi. Ali Baş Komandan İlham Əliyev 27 sentyabrda əks-əməliyyat əmri verməklə çox qısa müddətdə, 44 günə həmin ərazini erməni işğalından azad edib. Həm döyüş meydanında, həm də dilpomatik müstəvidə əldə etdiyimiz qələbədir. İndi bu qələbəyə radikal müxalifət niyə sevinmir? Şuşaya, Ağdama, Kəlbəcərə, Laçına, Zəngilana, Qubadlıya, Füzuliyə, Cəbrayıla, Xocavəndə, Suqovuşana və digər ərzilərimizə qayıtmağımıza necə sevinməmək olar?! Təbii ki, biz 44 günlük müharibədə indiki vəziyyətdə maksimum nəticəni əldə etmişik. Ömür boyu radikal müxalifət onu xalqa təlqin edirdilər ki, Prezident İlham Əliyev heç zaman müharibə etməyəcək. Ancaq Ali Baş Komandanımız 44 günlük müharibə ilə döyüş meydanında 30 il istehkamları quran və hər cür texniki təchizatla müdafiə olunan və dünayda çox güclü diasporası olan erməniləri darmadağın etdi. Bu tarixi və möhtəşəm qələbəni erməni xalqı yüz illər belə unutamaycaqlar! Prezident İlham Əliyev tək torpaqlarımızı geri qaytarmayıb, həmçinin də 100 illik xəstə təfəkkürlü erməni millətçiliyini və onların ideologiyasını dünyada məhv edib. Hələ də dünyanın ən güclü dövlətləri Prezident İlham Əliyevin bu qələbəsinin necə baş verdiyini anlaya bilmirlər. Bütün baş verənlər dünyanın gözü qabağındadır. Ancaq radikal müxalifət, xüsusən Milli Şura, Əli Kərimli, Tofiq Yaqublu, xaricə qaçıb dövlətinin maraqlarını satan Sevinc Osmanqızı və ona oxşarlar son günlər xalqımızın əldə etdiyi bu qələbəyə kölgə salmağa, Azərbaycan Rusiya və Türkiyə münasibətlərinin korlanmasına yönəlik fəaliyyət göstərirlər. Nə qədər gülməli görünür Əli Kərimli və Milli Şuradakılar. Bütün fəaliyyətlərini həmçinin də Azərbaycan Rusiya münasibətlərinin pozulmasına yönəldiblər. Necə də unudublar ki, ant-milli şuranı 2013-cü ildə məhz Rusiyanın xeyir-duası ilə yaratmişdılar. Rüstəm İbrahimbəyovu prezident seçdirmək üçün Putinin ayağına sarılanlar yaxın keçmişlərini tez unudublar. Ancaq biz siyasətçilər onları kimliklərini hər zaman xalqa çatdırmışıq. Məqsədləri Türkiyə-Rusiya-Azərbaycan münasibətlərini pozmaqdır. Ancaq biz bilməliyik ki, bu gün Türkiyə Rusiya münasibətləri dostluq üzərində inkişaf etməsi, nəinki bizim bölgəyə, region üçün çox önəmlidir. Sabtliyin təminatıdır. Hər kəs çox yaxşı bilməlidir ki, İlham Əliyev hər zaman öv dövlətinin, xalqının milli maraqlarını qoruyub və bundan sonra da qoruyacaq və heç bir qüvvəyə, dövlətə 1 sm torpağımızdan pay verməyəcək".
Təhməz Əsədov