Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

2 fərdi evdə yanğın olub

2 fərdi evdə yanğın olub

Tarix: 8 Yanvar 2021 23:20

Ucar rayonunda iki fərdi yaşayış evdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, ümumi sahəsi 300 m² olan ikimərtəbəli evin yanar konstruksiyaları 50 m² sahədə və dam örtüyü 70 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Eyni zamanda rayonda ümumi sahəsi 100 m² olan birmərtəbəli taxta konstruksiyalardan ibarət ev yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğınlar yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az


Etiketlər:  fərdi evdə yanğın olub


RƏYLƏR