Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Yanvar 2021 12:06
Aprel döyüşlərində şəhid olan vətəndaşlarımızın ailələri də diqqətdən kənarda qalmırlar. Onların müraciətindən sonra həmin ailələrə fərdi evlər tikilib. Bəzi ailələr artıq evlərinə köçüblər.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, Mingəçevirdə doğulan Adil Adilzadə 2016-cı ilin aprel döyüşlərində şəhidlik zirvəsinə yüksəlib. Ötən il Adilin ailəsi 1-ci Vitse Prezident Mehriban Əliyevaya müraciət edir. Birinci xanım şəhid ailəsinin yeni mənzillə təmin edilməsi üçün göstəriş verir. Şəhidin atası Kamran Abdullayev bildirir ki, 3 otaqlı yeni evləri tam hazırdır. Yaxın günlərdə ailə işıqlı, müasir dizaynlı fərdi mənzilə köçəcəklər.
Aprel döyüşlərində şəhid olmuş Mingəçevir sakini Teymur Qasımovun ailə üzvləri isə 2021-ci ili yeni tikilən mənzildə qarşılıyıblar. Şəhidin anası Gülnarə Qasımova köhnə vəziyyətdə olan əvvəlki mənzilin sökülüb yenisi ilə əvəzlənməsinə görə, 1-ci Vitse prezident Mehriban Əliyevaya təşəkkür edib.
Qeyd edək ki, Mingəçevirdən olan aprel şəhidləri Rahim Tağıyev və Rüstəm Əhmədovun ailələri də, Mehriban Əliyevanın göstərişi ilə ötən il Gəncə şəhərində 4 və 2 otaqlı mənzillərlə təmin olunublar.