Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusda dadbilmə itdikdən sonra yanlış müalicələr

Koronavirusda dadbilmə itdikdən sonra yanlış müalicələr

Tarix: 9 Yanvar 2021 17:27

Koronavirusa yoluxduqdan sonra qoxu və dadbilmə hissi dəyişə, yaxud yox ola bilər. Onları bərpa etmək üçün spirt, xardal və ya istiot istifadə etməməlisiniz.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu barədə Rusiyada yüksək kateqoriyalı lor həkim, tibb elmləri namizədi, LOR klinikanın rəhbəri Vladimir Zaytsev xəbərdarlıq edib.

"Bəziləri spirt, xardal, istiot istifadə edirlər, dili ovuşdurmağa çalışırlar. Bu yalnız selikli qişanı qıcıqlandırır, iltihablandırır", - deyə o bildirib.

Həkimin sözlərinə görə, əksinə, pəhriz saxlamaq və yeməyə kəskin ədviyyatlar əlavə etməmək lazımdır.

Həmçinin, ödem əleyhinə preparatlar da kömək edir.

"Dad reseptorları ödemin təsirindən uzaqlaşır, normal işləməyə başlayır", -  deyə Zaytsev izah edib.


Etiketlər:  Koronavirusda dadbilmə itdikdən sonra yanlış müalicələr


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ