Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Yanvar 2021 21:24
İtalyan-Amerikan şirkəti "Fiat Chrysler Automobiles NV" (FCA) və Fransanın "PSA Group" şirkətinin səhmdarları birləşməni təsdiqləyiblər.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, PSA səhmdarlarının 99,85%-i birləşməni təsdiqləyib. Razılaşmanın mart ayının sonuna qədər bağlanacağı gözlənilir.
Birləşmə nəticəsində yaranacaq "Stellantis" şirkəti "Volkswagen", "Renault-Nissan" və "Toyota Motor"dan sonra dünyanın dördüncü ən böyük avtomobil istehsalçısı olacaq.
O, "Jeep", "Fiat", "Dodge", "Maserati", "Peugeot", "Citroen" və "Opel" avtomobil brendlərinin istehsalı ilə məşğul olacaq.
Birləşdirilmiş şirkətə PSA-nın baş icraçı direktoru Karlos Tavares rəhbərlik edəcək.