Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Biləsuvarda karantin rejimini pozan kafedə 20 nəfər cərimələndi

Biləsuvarda karantin rejimini pozan kafedə 20 nəfər cərimələndi

Tarix: 11 Yanvar 2021 15:45

Bakı. Trend:

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin olunması istiqamətində keçirilən növbəti tədbirlər zamanı şəhər ərazisində karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən kafe aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, keçirilən baxış zamanı həmin obyekti icarə əsasında işlədən Y.Kazımovla yanaşı orada 19 nəfər müştərinin də olduğu müəyyən edilib.

Həmin şəxslər polis şöbəsinə dəvət olunaraq onlarla profilaktik söhbətlər aparılıb, karantin rejiminin qaydaları və tələbləri bir daha izah edilib. Hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək cərimə olunublar.


Etiketlər:  Biləsuvarda karantin rejimini pozan kafedə 20 nəfər cərimələndi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ