Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Yanvar 2021 07:32
Bakı. Trend:
ABŞ-ın avtomobil şirkəti "Ford" Braziliyada minik avtomobili istehsalı zavodlarını bağlayır.
Trend-in məlumatına görə, bu barədə şirkətin ölkədə olan nümayəndəliyinin saytında bildirilib.
Bildirilib ki, bunlar çox çətin qərarlardır, lakin sağlam və davamlı bir iş qurmaq üçün zəruridir:
"Braziliyada istehsalın dayandırılması ilə biz iş modelini daha çevik və rasional bir modelə dəyişdiririk".
"Ford" hazırlama mərkəzi və sınaq poliqonu, həmçinin qərargahı Braziliyada fəaliyyət göstərməyə davam edəcəkdir.