Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Müharibədən zərərçəkənlər üçün “Psixoloji dəstək xətti” fəaliyyətə başladı - VİDEO

Müharibədən zərərçəkənlər üçün “Psixoloji dəstək xətti” fəaliyyətə başladı - VİDEO

Tarix: 12 Yanvar 2021 14:54

Vətən müharibəsi artıq iki aydır ki başa çatıb. Bu müharibə ordumuzun qələbəsi ilə yekunlaşsa da, bizə çox sayda şəhid və qazi buraxdı. Şəhidlərimizə allah rəhmət eləsin. Qazilərimiz şəfasına qovuşsun.Bu müharibədən salamat qayıdan qazilərimiz də var ki, onlardan bəzilərinin psixoloji durumunda müəyyən problemlər yaranıb. Asan deyil, onlar qan görüblər, gözlərinin qarşısında dostları, yoldaşları şəhid olub. Ona görə də belə qazilərimizin psixoloji dəstəyə ehtiyacları var. Elə bu ehtiyacdan irəli gələrək Sosial Xidmətlər Agentliyi peşəkar psixoloqların iştirakı ilə bütün ölkə üzrə psixoloji dəstək proqramları icra edir.

Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, Sosial Xidmətlər Agentliyi noyabr ayından etibarən həm şəhid ailələri və qazilərə, həm də mülki şəxslərə psixoloji dəstək tədbirlərinə başlayıb. Peşəkar psixoloq və psixiatrlardan ibarət qruplar davamlı şəkildə ailələrə baş çəkir və onlara psixoloji dəstək göstərirlər. Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Həşimov bildirib ki, bu proses bütün ölkə ərazisində həyata keçirilir.

Murad Həşimov əlavə edib ki, pandemiya ilə əlaqədar olaraq onlayn psixoloji dəstək xətti də istifadəyə verilib. Amma ehtiyac olduğu təqdirdə bu proses əyani görüşlər formasında həyata keçirilir.

Qurum rəsmisi bildirib ki, agentlik tərəfindən yaradılan onlayn psixoloji dəstək xəttindən şəhid ailələri, qazilər və erməni terrorundan əziyyət çəkmiş mülki şəxslər yararlana bilərlər.


Etiketlər:  Müharibədən zərərçəkənlər üçün Psixoloji dəstək xətti fəaliyyətə başladı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ