Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusa yoluxub sağalanlar nə zaman peyvənd olmalıdır?

Koronavirusa yoluxub sağalanlar nə zaman peyvənd olmalıdır?

Tarix: 12 Yanvar 2021 21:51

"Artıq yeni növ koronavirus infeksiyasına yoluxan şəxslər bədənlərində mövcud olan anticismlərin miqdarı aşağı düşəndə peyvənd olunmalıdırlar".

Sonxeber.net deyerler.org-a istinadən bildirir ki, bunu "Vector" adlı xüsusilə təhlükəli infeksiyalar laboratoriyasının keçmiş rəhbəri Aleksandr Çerpurnov deyib.

Onun sözlərinə görə, antikorların sayı tədricən azaldığından onların miqdarı hər yarım aydan bir yoxlanılmalıdır: "Antikor göstəricisi aşağı həddə yaxınlaşdığı an peyvənd vurulmalıdır. Çünki keçirilən xəstəlik ona təkan verəcək və peyvənd daha yaxşı nəticə göstərəcək".

Novosibirsk Dövlət Universitetinin bionanotexnologiya, mikrobiologiya və virusaologiya laboratoriyasının müdiri Serqey Netesov peyvəndin virus infeksiyasının təqlidi olduğunu deyib:

"Bu səbəbdən, xəstəlikdən sonra yaranan antikorun titri mövcud dəyərləri üç-dörd dəfə üstələyirsə, onda həmin şəxs peyvənd olunan insan kimi özünü virusdan qoruyur".


Etiketlər:  Koronavirusa yoluxub sağalanlar zaman peyvənd olmalıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ