Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədə ''Sinovac'' vaksininin tətbiqinə hazırlıq işləri başa çatıb

Türkiyədə ''Sinovac'' vaksininin tətbiqinə hazırlıq işləri başa çatıb

Tarix: 13 Yanvar 2021 13:06

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı kütləvi peyvəndləmə aparmaq üçün Çində istehsal olunan "Sinovac" vaksininin tətbiqinə hazırlıq işləri başa çatıb. Bu gün kütləvi vaksinasiyaya start veriləcəyi gözlənilir.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, ilk olaraq səhiyyə işçiləri peyvəndlənəcək. Xəstəxanalarda vaksinasiya üçün xüsusi otaqlar yaradılıb. Bu məqsədlə tibb işçiləri internetlə qeydiyyatdan keçərək müəyyən edilmiş vaxtda müraciət edəcəklər. Hər kəsə 28 günlük fasilə ilə iki doza vaksinin tətbiqi nəzərdə tutulub.

Qeyd edək ki, Türkiyə Çində istehsal olunan "Sinovac" vaksinindən 50 milyon doza sifariş edib. Ölkəyə gətirilən 3 milyon vaksin laboratoriya yoxlamalarından keçirilib və müəyyən olunmuş formada vilayətlər üzrə paylanılıb.


Etiketlər:  Türkiyədə Sinovac vaksininin tətbiqinə hazırlıq işləri başa çatıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ