Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gürcüstan Ermənistanla sərhədləri BAĞLADI - Giriş-çıxış QADAĞAN EDİLDİ - VİDEO

Gürcüstan Ermənistanla sərhədləri BAĞLADI -  Giriş-çıxış QADAĞAN EDİLDİ - VİDEO

Tarix: 13 Yanvar 2021 15:02

Gürcüstan Ermənistan vətəndaşlarına ölkəyə girişi qadağan edib.

Sonxeber.net xəbər verir ki, yalnız 72 saat əvvəl PZR testi (polimer zəncirvari reaksiya) neqativ nəticə göstərən şəxslərin ölkəyə girişinə icazə verilir.

Əvvəllər bu tələb yalnız hava sərhəd keçid məntəqələrində tətbiq olunurdusa, indi quru sərhədinin keçid məntəqələrində də neqativ test nəticəsi tələb edilir.

Qayda Gürcüstan vasitəsilə Ermənistana keçmək istəyənlərə də aiddir.

Bu məlumat yayımlandıqdan sonra bir çox Gürcüstan vətəndaşı ölkəni tərk edib-etməyəcəyini öyrənmək üçün sərhəd xidməti ilə əlaqə saxlayıb. Qurumdan bildirilib ki, Gürcüstan göstərilən ölkələrlə sərhədi açana qədər vətəndaşlar nə Ermənistanla, nə də Rusiya ilə sərhədi keçə bilər: "Gürcüstan hələ bu ölkələrlə sərhədlərini açmayıb. İstisna olaraq sərhəddən keçmələrinə icazə verilə bilər. Bir halda ki, Ermənistana getmək üçün Gürcüstandakı Ermənistan səfirliyinə və Rusiyaya getmək üçün Rusiya nümayəndəliyinə müraciət olunmalıdır". (publika.az)


Etiketlər:  Gürcüstan Ermənistanla sərhədləri BAĞLADI Giriş çıxış QADAĞAN EDİLDİ VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ