Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Yanvar 2021 11:18
Bakı. İlhamə İsabalayeva - Trend:
Hazırda 0 (l) Rh- (mənfi 1), A (ll) Rh- (mənfi 2) və AB (lV) Rh- (mənfi 4) qan qruplarından olan qan ehtiyatları tamamilə azalıb.
Trend-in məlumatına görə, bunu Mərkəzi Qan Bankı açıqlayıb.
Qan Bankı donorları fəal olmağa çağırıb:
"Qan ehtiyacı olan vətəndaşlarımızı davamlı qanla təmin etmək üçün donorlara ehtiyacımız var. Könüllü qan donoru ol və həyat qurtaran dostlarımız arasına qatıl".