Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bundan sonra əsgərimizin qarşısına hər hansı bir silahlı şəxs çıxarsa...'' - Polkovnik

''Bundan sonra əsgərimizin qarşısına hər hansı bir silahlı şəxs çıxarsa...'' - Polkovnik

Tarix: 14 Yanvar 2021 12:39

10 noyabr üçtərəfli görüşün nəticəsi kimi birtərəfli olaraq Ermənistan kapitulyasiyanı qəbul etdi və bu kapitulyasiya nəticəsində razılaşdırılmış olaraq sülhməramlı qüvvələr bölgəyə yeridildi. Amma Rusiya sülhməramlıları o əraziyə yerləşdirilmədən əvvəl Ermənistan silahlı qüvvələri torpaqlarımızı tamamən tərk etməli idi".

Bunu Sonxeber.net-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Ruslan İmamquliyev deyib.

Polkovnik bildirib ki, bundan sonra Silahlı Qüvvələrimizin qarşısına çıxacaq hər hansı bir silahlı şəxs aşkarlanarsa, terrorist hesab olunacaq:

"Bu deməkdir ki, artıq o bölgədə atəşkəs və yaxud təmasdan söhbət gedə bilməz. Əgər bölgədə sülhməramlılar varsa, bu, o deməkdir ki, bölgədə Ermənistan silahlı qüvvələrinə mənsub heç bir əsgər yoxdur. Məhz bundan sonra Silahlı Qüvvələrimizin qarşısına çıxacaq hər hansı bir silahlı şəxs aşkarlanarsa, terrorist olaraq qiymətləndiriləcək və zərərsizləşdiriləcək. Zərərsizləşdirmə də iki şəkildə olur: 

1. Əgər qarşı tərəf zərər verməyə cəhd göstərsə, məhv edilir.

2. Əgər qarşı tərəf eyni şəkildə, zərər göstərmə əsnasında təslim olursa, o, əsir götürülür və Azərbaycan hüquq orqanları tərəfindən mühakimə edilir. 

Ermənistan Kütləvi İnformasiya Vasitələrinin Azərbaycan Silahlı Qüvvələrinin atəşkəsi pozması və nəticədə erməni əsgərinin yaralanması barədə məlumatı tamamilə dezinformasiyadır. Çünki bölgədə heç bir Ermənistan əsgəri və yaxud da güc strukturu ola bilməz. Ola bilcəcəyi halda o, yalnız və yalnız terrorist olaraq qiymətləndirilir və oradaca məhv edilir. 

Burada təmasdan, atəşkəsin pozulmasından söhbət gedə bilməz, bitdi. Dövlət başçısı nə deyib?! - Təmas xətti bitdi, status-kvo bitdi! 10 noyabr kapitulyasiyanı qəbul etdin, bölgəni tam olaraq tərk edirsən. Bölgədə sülhməramlı qüvvə varsa, o, sadəcə, sivil əhali arasında ola biləcək problemin qarşısını almaq üçündür. Bundan əlavə də o ərazilər, Xankəndi daxil olmaqla Azərbaycan torpaqlarıdır və orada artıq Azərbaycan güc strukturları fəaliyyət göstərməlidir".

Təhməz Əsədov


Etiketlər:  Bundan sonra əsgərimizin qarşısına hər hansı silahlı şəxs çıxarsa Polkovnik


RƏYLƏR