Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Yanvar 2021 16:48
Ötən il ərzində Azərbaycan vətəndaşları Türkiyədə 1 279 ev alıb ki, bu da əvvəlki illə müqayisədə 7,4% çoxdur.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Türkiyənin Statistika İdarəsinin açıqlamasında deyilir.
Təkcə dekabrda Azərbaycan vətəndaşları qonşu ölkədə 155 evə (+6,2%) sahib olub.
Ümumiyyətlə, 2020-ci ildə əcnəbilər tərəfindən Türkiyədə 41 298 daşınmaz əmlak obyekti (-10,2%) alınıb ki, bunun 4 479-u dekabrda (-16,3%) əldə olunub.