Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Təhlükəsiz saydığımız Signal-ın rəhbəri WhatsApp-ın yaradıcısıdır - Bəlkə BİP?

Təhlükəsiz saydığımız Signal-ın rəhbəri WhatsApp-ın yaradıcısıdır - Bəlkə BİP?

Tarix: 14 Yanvar 2021 21:52

WhatsApp-ın məxfilik razılaşmasına reaksiya gündən-günə artır. Belə bir vaxtda istifadəçilərin üz tutduğu tətbiqlərdən biri də Signal-dır.

Milli.Az ted.az-a istinadən bildirir ki, Signal Foundation və Signal Messenger LLC tərəfindən hazırlanmış Siqnal tətbiqi açıq mənbə quruluşuna malikdir və şifrəli səsli danışıq, video zəng və ani mesajlaşma kimi imkanlar verir. 2010-cu ilin mayında yaradılan tətbiq istifadəçilərə iOS və Android-də audio və video zənglər etməyə imkan verir. Bütün zənglər isə Wi-Fi və ya məlumat bağlantısı vasitəsi ilə ödənişsiz həyata keçirilir. Bu tətbiq qrup mesajlaşmasını da dəstəkləyir.

Signal-a ilk qoşulan istifadəçilərə isə bu formada bildiriş göndərilir: "Məxfilik istəyinizə bağlı seçim deyil. Hər mesaj, zəng şifrələmə üsulu ilə qorunur".

Maraqlı məqam isə odur ki, Signal-ın qurucularından biri WhatsApp-ın yaradıcısıdır. Şirkət Moxie Marlinspike və WhatsApp-ın həmtəsisçisi Brian Acton tərəfindən yaradılıb. Acton və Marlinspike hələ də Signal Messenger-in İdarə Heyətinin Başçısı və İcraçı direktoru vəzifəsini icra edirlər.

Milli.Az


Etiketlər:  Təhlükəsiz saydığımız Signal ın rəhbəri WhatsApp ın yaradıcısıdır Bəlkə BİP


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ