Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Yanvar 2021 06:32
Bakı. Trend:
"Atletik Bilbao" futbolçuları İspaniya Super Kubokunun yarımfinalında Madridin "Real" komandasını məğlub edib.
Trend-in məlumatına görə, Malaqada keçirilən görüş 2:1 hesabı ilə başa çatıb.
Qalib tərəfinin heyətində Raul Garsia iki dəfə fərqlənib (18 və 38-ci dəqiqələr), ikinci qolu futbolçu penaltıdan vurdu. Karim Benzema "Real"ın yeganə qolunu vurdu (73).
Finalda "Athletic" klubu "Barselona" ilə oynayacaq. Qarşılaşma 17 yanvarda baş tutacaq.