Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyul 2019 10:36
Bakı. Trend:
Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu ilin döyüş hazırlığı planına əsasən hərbi birliyin birləşmə və hərbi hissələrinin tabor, divizion komandirləri və onların müavinləri ilə təlim-metodiki toplantı keçirilib.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, toplantıya cəlb edilən zabitlərin döyüş hazırlığı üzrə nəzəri bilikləri, praktiki vərdişləri, sürücülük və atəş bacarıqları yoxlanılıb. Fiziki hazırlıqdan və müxtəlif ixtisaslar üzrə məqbullar götürülən zaman zabitlər yüksək nəticə göstəriblər.
Təlim-metodiki toplantının sonunda tabor, divizion komandirləri və onların müavinləri gecə şəraitində döyüş atışlı təlim zamanı bölmələrin və atəşin idarə edilməsi üzrə tapşırıqları icra ediblər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin