Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yaponiyada fevralın 7-nə qədər fövqəladə vəziyyət olacaq - Tibb Federasiyası hərəkətə keçir

Yaponiyada fevralın 7-nə qədər fövqəladə vəziyyət olacaq - Tibb Federasiyası hərəkətə keçir

Tarix: 15 Yanvar 2021 08:10

Yaponiyada 1 gün ərzində koronavirus səbəbilə 100-dən çox ölüm yaşanması Tibb Federasiyasını hərəkətə keçirib.

Sonxeber.net xəbər verir ki, ölkə miqyasında fövqəladə vəziyyət rejiminin tətbiq edilməsi gözlənilir.

Federasiya prezidenti Nakaqava Toşio koronavirusun səhiyyə sistemini təsiri altına aldığını açıqlayıb. Onun sözlərinə görə, bəzi xəstəxanalar COVID-19 xəstəsi olmayanları evə göndərir. Yoluxma sayında artımın qarşısı alınmasa, səhiyyə infrastrukturu çökə bilər.

Qeyd edək ki, Yaponiyada 304 min 752 nəfər virusa yoluxub, 4 min 289 nəfər ölüb. 900 nəfərin müalicəsi reanimasiyada aparılır.

Paytaxt Tokio, şimalındakı Saitama, şərqindəki Çiba, cənubundakı Kanaqava əyalətlərində 8 yanvardan bəri fövqəladə vəziyyət rejimi tətbiq olunur.

Fövqəladə vəziyyət rejiminin 11 əyalətdə 7 fevrala qədər davam etməsi planlaşdırılır. (publika.az)


Etiketlər:  Yaponiyada fevralın qədər fövqəladə vəziyyət olacaq Tibb Federasiyası hərəkətə keçir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ