Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Yanvar 2021 17:22
Bakı. Trend:
Polşanın https://new.org.pl xəbər portalında Varşava Universitetinin şərqşünaslıq fakültəsinin müəllimi Dr.Şəhla Kazımovanın müəllifliyi ilə məqalə yayımlanıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, "Dağlıq Qarabağ uğrunda müharibə Polşa jurnalistikasının əyri güzgüsündə" başlıqlı məqalədə münaqişəsinin tarixi barədə ətraflı məlumat verilib.
Qeyd edilib ki, Ermənistan və onun havadarlarının BMT-nin və digər beynəlxalq təşkilatların qərarlarını icra etməməsi, Dağlıq Qarabağda status-kvonun saxlanılmasına cəhdlər göstərməsi öz tarixi torpaqlarına həsrət qalmış Azərbaycan xalqının sülhə inamını azaltmışdır. Münaqişəyə dini rəngin verilməsinin əsassız olduğu bildirilib, Ermənistan siyasi rəhbərliyinin yolverilməz bəyanatlarının və Azərbaycana qarşı geniş miqyaslı təxribatlarının 27 sentyabr 2020-ci ildə müharibəyə gətirib çıxardığı vurğulanıb.
Məqalədə hadisələrə qərəzli yanaşmalara da toxunulub. Müəllifin fikrincə, Dağlıq Qarabağ hadisələri ilə bağlı faktların təhrif olunmasının səbəbi informasiya selində Cənubi Qafqazla illərdir peşəkarcasına məşğul olan analitiklərin səsinin Yaxın Şərq üzrə ixtisaslaşmış mütəxəssislər tərəfindən boğulmasıdır: "Bu bölgə haqqında formalaşdırılmış stereotiplər, hər iki xalq üçün ağrılı olan qarşıdurmanın dərk olunmasına yardım etmir. Və ən pisi, gələcək dialoqun qurulmasında bu xalqların nümayəndələrini dəstəkləmir", - deyə təəssüflə əlavə edib.
Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://new.org.pl/#1003,kazimova_gorski_karabach_w_publicystyce