Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aİİ-nin rektoru Aqil Şirinov “Azərbaycanda dini plüralizmin tarixi” mövzusunda onlayn tədbirdə iştirak edib

Aİİ-nin rektoru Aqil Şirinov “Azərbaycanda dini plüralizmin tarixi” mövzusunda onlayn tədbirdə iştirak edib

Tarix: 15 Yanvar 2021 20:15

Bakı. Trend:

“Timberwolf Phoenix” MMC-nin vitse prezidenti İrina Tsukermanın moderatorluğu ilə “Azərbaycanda dini plüralizmin tarixi” mövzusunda onlayn tədbirdə keçirilib.

Tədbirdə Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi, protoierey Elnur Əfəndiyev və Azərbaycanın Gürcü Yəhudi İcmasının sədr müavini, ravvin Zamir İsayev iştirak ediblər.

Çıxışlarda Azərbaycan tarixində müxtəlif dinlərarası tolerantlıq nümunələrindən söhbət açılıb.

Məruzəçilər Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadıqlarını vurğulayaraq Azərbaycan dövlətinin də ölkədəki ənənəvi dini qruplara daim qayğı ilə yanaşdığını qeyd ediblər.

Müzakirələr 2 saat davam edib.


Etiketlər:  Aİİ rektoru Aqil Şirinov Azərbaycanda dini plüralizmin tarixi mövzusunda onlayn tədbirdə iştirak edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ