Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Honkonqda quş qripi epidemiyası təhlükəli hal alır

Honkonqda quş qripi epidemiyası təhlükəli hal alır

Tarix: 16 Yanvar 2021 13:14

Honkonqda ilk dəfə yüksək patogenli H5N8 quş qripi virusu aşkar olunub.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, "South China Morning Post" qəzətinin məlumatına görə, mütəxəssislər virusun köçəri quşlar tərəfindən gətirildiyini ehtimal edirlər. Belə ki, virus məhz Çinin materik hissəsi ilə həmsərhəd olan "May Po" qoruğu ərazisində qışlayan köçəri quşların nəcis nümunələrində tapılıb.

Qeyd edək ki, 1997-ci ildən bəri Honkonqda dəfələrlə quş qripi epidemiyası baş verib. Lakin H5N8 virusunun yeni ştammı ilk dəfədir ki, bu ərazilərdə aşkar olunub.

Növbəti epidemiyanın qarşısını almaq məqsədilə yerli hakimiyyət orqanları quş ətinin satıldığı bazarlara nəzarəti gücləndirib.


Etiketlər:  Honkonqda quş qripi epidemiyası təhlükəli alır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ