Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Yanvar 2021 09:20
Əfqanıstanda 6,0 bal gücündə zəlzələ olub.
"Qafqazinfo" TASS-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın seysmik stansiyalar şəbəkəsi məlumat yayıb.
Bildirilir ki, zəlzələ Alma-Atı şəhərindən 823 kilometr cənub-qərbdə - Əfqanıstan ərazisində qeydə alınıb. Təkanlar 2-3 bal gücündə Çimkənd şəhərində də hiss olunub.
Dağıntı və tələfat barədə hələlik məlumat yoxdur.