Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Amsterdamda polis nümayişi dağıtmaq üçün su şırnaqlarından istifadə edir

Amsterdamda polis nümayişi dağıtmaq üçün su şırnaqlarından istifadə edir

Tarix: 17 Yanvar 2021 19:34

Bakı. Trend:

Niderland polisi Amsterdamdakı icazəsiz etiraz aksiyasını dağıtmaq üçün su şırmaqlarından istifadə edib.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin informasiya vasitələri məlumat verib.

Bildirilir ki, nümayiş əvvəl bələdiyyə tərəfindən qadağan edilib, lakin bir neçə yüz nəfər hələ də Nazirlər Kabinetinin tədbirlərinə və hökumətin koronavirus pandemiyasına qarşı siyasətinə etiraz olaraq şəhərin mərkəzi meydalarından birində toplaşıbı. Nümayişçilərin çoxu bir-birindən 1,5 m məsafə saxlamayıb və maskasız olublar.

Məlumatına görə, nümayişçilər hüquq-mühafizə orqanlarının meydanı tərk etmək tələblərini yerinə yetirməkdən imtina etdikdən sonra su şırnaqları istifadəyə buraxılıb.


Etiketlər:  Amsterdamda polis nümayişi dağıtmaq üçün su şırnaqlarından istifadə edir


RƏYLƏR