Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Yanvar 2021 11:03
Bakı. Samir Əli - Trend:
Səhiyyə naziri Oqtay Şirəliyev, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı koronavirus infeksiyasına qarşı peyvənd olunmaq üçün Bakı Sağlamlıq Mərkəzinə gəliblər.
Trend-in məlumatına görə, onunla birlikdə peyvənd olunmaq üçün TƏBİB-ın şöbə müdiri Yaqut Qarayeva və qurumun digər rəhbər şəxsləri də tibb müəssisəsindədirlər.
Qeyd edək ki, bu gündən Azərbaycanda koronavirusa qarşı peyvəndləmə işlərinə start verilir. İlk olaraq tibb işçiləri peyvənd olunacaq.