Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ötən il Bakı-Sumqayıt-Abşeron istiqamətində 8 milyondan artıq sərnişin daşınıb

Ötən il Bakı-Sumqayıt-Abşeron istiqamətində 8 milyondan artıq sərnişin daşınıb

Tarix: 18 Yanvar 2021 12:40

Bakı. Ceyhun Ələkbərov - Trend:

İl ərzində Bakı-Sumqayıt-Abşeron və əks istiqamətdə 150 avtobus istismar olunub.

Bu barədə Trend-ə Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən bildiriblər. Onlardan Bakı-Sumqayıt istiqamətində 35, Bakı-Abşeron istiqamətində 58, Sumqayıt-Abşeron istiqamətində isə 57 avtobus xidmət göstərib.

Ümumilikdə il ərzində qeyd edilən istiqamətdə 8235000 sərnişin daşınıb. Belə ki, Bakı-Sumqayıt istiqamətində 1566000, Bakı-Abşeron istiqamətində 3402000, Sumqayıt-Abşeron istiqamətində 3267000 sərnişin daşınıb.

Respublikanın şəhər və rayonlarında, şəhərdaxili və rayondaxili sərnişin daşımaları ilə 355 istiqamət üzrə 1030 avtobus istismar olunub və 28215000 sərnişin daşınıb.


Etiketlər:  Ötən il Bakı Sumqayıt Abşeron istiqamətində 8 milyondan artıq sərnişin daşınıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ