Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ötən il 254 kriminal qrup zərərsizləşdirilib, 2 tona yaxın narkotik vasitə dövriyyədən çıxarılıb - DİN

Ötən il 254 kriminal qrup zərərsizləşdirilib, 2 tona yaxın narkotik vasitə dövriyyədən çıxarılıb - DİN

Tarix: 18 Yanvar 2021 18:45

Bakı. Trend:

«102» Xidmətinə daxil olan məlumatlar üzrə görülmüş operativ cavab tədbirləri ilə 2 288 cinayət «isti izlər»lə, eləcə də «Təhlükəsiz şəhər» sisteminin imkanları ilə 477 cinayətin açılıb, axtarışda olan 94 avtomobil saxlanılıb.

Trend xəbər verir ki, bunu Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov 2020-ci ildə cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini sahəsində fəaliyyətin yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclasında deyib.

Nazir qeyd edib ki, hesabat ilində həyata keçirilən operativ tədbirlər nəticəsində 254 kriminal qrup zərərsizləşdirilib, odlu silah saxlayan və daşıyan 161 şəxs cinayət məsuliyyətinə cəlb edilib. Qanunsuz dövriyyədən 1 ton 873 kiloqram narkotik vasitə çıxarılıb, yabanı halda yetişən 153 tondan çox narkotik xassəli bitki aşkarlanaraq məhv edilib.


Etiketlər:  Ötən il 254 kriminal qrup zərərsizləşdirilib 2 tona yaxın narkotik vasitə dövriyyədən çıxarılıb DİN


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ