Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Yanvar 2021 07:32
"Arsenal" İngiltərə Premyer Liqasında növbəti oyuna çıxıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, London klubu 19-cu turda "Nyukasl"ı qəbul edib. Matç meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
"Arsenal" - "Nyukasl" - 3:0
Qollar: Obameyanq, 50, 77, Saka, 61
Bu qələbə ilə xalını 27-yə yüksəldən "Arsenal" turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. Siyahıya 37 xalla "Mançester Yunayted" başçılıq edir. "Mançester Siti" 35 xalla 2-ci, "Lester" 35 xalla 3-cüdür.