Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Yanvar 2021 20:16
Honda xüsusi elektrikli avtomobillər hazırlayır.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, 2021 Tokyo Avto Salon-a hazırlaşan şirkət iki maraqlı konsepsiya üzərində işləyir. Bunlardan biri Honda E drag maşını, digəri Honda N-One təpəyə dırmaşan avtomobildir.
Honda bu fikirləri "ciddiyə alınan cəfəngiyyat" adlandırsa da, deyəsən, nəticə verdi.
Honda-nın veb-saytındakı açıqlamaları tərcümə etdiyimiz zaman "Cəfəng olmaq problem deyil. Niyə, həqiqətən, cəhd etməyək?" sözləri vəziyyəti tam izah edir. Normalda suyla soyudulan 35,5 kVt / saat litium-ion batareyalı elektrik motoru 148 at gücü istehsal edir. Bu rəqəmi ikiqat artıranda, həqiqətən, sürətli bir maşın görmək mümkündür.
Digər yarış avtomobili isə K-Climb-dir. Əsasən Honde N-One RS-in dəyişdirilmiş bir versiyası olan avtomobilin güc vahidinə necə dəyişiklik ediləcəyi hələ ki bilinmir. 1967 Honda N360-dan ilham alan və mexaniki sürət qutusu ilə 2020-ci ilin noyabrında bazara çıxan avtomobil təpələrə asan qalxmaq və bəzi yükləri azaltmaq üçün karbon lifli kapota sahibdir.
Honda hər iki modeli mart ayında reallaşacaq sərgilərə gətirməyə qərarlıdır.
Avtomobil şirkətləri zaman-zaman qəribə və bir qədər gülməli avtomobillər hazırlayır. Buna baxmayaraq, elektrikli avtomobillərin bu şəkildə performans göstərməsi gələcəkdə sıfır karbonlu idmana yol aça bilər.