Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Yanvar 2021 09:52
Rusiyalı "qanuni oğru" Vyaçeslav İvankovun (Yaponçik) öldürülməsi işində iştirak edən və məhkəmə tərəfindən qiyabi həbs olunan iki nəfər bu cinayəti törətmiş şəxslərdir.
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bu barədə Rusiya mediasında məlumat yayılıb.
Rusiya İstintaq Komitəsi və Daxili İşlər Nazirliyi Yaponçiki qətlə yetirən şəxslərin kimliyini müəyyənləşdirib. Həmin şəxslər Abxaziyadan olan Astamur Butba və Nuqzar Papavadır. Hər ikisi Rusiya vətəndaşıdır.
Qətldən sonra Butba və Papava Abxaziyaya gediblər. Onlar mütəşəkkil cinayətkar qrupun tərkibində qətl törətməkdə və qanunsuz silah saxlama ittihamı ilə qiyabi olaraq həbs edilib və beynəlxalq axtarışa verilib. Hazırda aidiyyəti qurumların köməyi ilə onların Rusiyaya təhvil verilməsi proseduru hazırlanır.
İstintaqa görə, 2009-cu ilin iyul ayında snayper tüfəngi ilə Moskvanın Xoroşevskoye şossesindəki restoranından çıxan İvankovu vuran Butba olub. Papava həmin vaxt oğurlanmış bir avtomobildə hadisə yerində olub və Butbanın geri çəkilməsindən sonra onu olay yerindən uzaqlaşdırıb.
İvankov 2009-cu il iyulun 28-də öldürülüb. İstintaqa görə, onun qətlinin sifarişçisi gürcü "qanuni oğru" İlya Simoniya (Maxo) olub. Aralarındakı qarşıdurma 1980-ci illərdə, ikisi də İrkutskda koloniyada cəza çəkərkən başlayıb.