Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Yanvar 2021 16:38
Son altı ayda Finlandiya həbsxanalarından iki məhkum qanunsuz olaraq azad edilib.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, hər iki halda da, cinayətkarlar mühafizəçilərə cəzasını yenicə bitmiş məhbuslarının sənədlərini göstəriblər.
Bu cür pozuntuların birincisi Pirkanmaa həbsxanasında, ikincisi Vantaada baş verib.
Hər iki məhbus, qaçdıqdan bir neçə gün sonra saxlanılıb. Onlara qarşı ittiham irəli sürülüb.
Ən maraqlısı budur ki, gözətçilər səhlənkarlıqlarına görə cəzalandırılmayacaqlar. Belə ki, Finlandiyada həbsxana gözətçiləri məhkumların sərbəst buraxılması proseduru barədə yazılı təlimat almırlar.
Baş verənlərdən sonra cəzaların icrası şöbəsi yaxın gələcəkdə belə bir sənəd hazırlamağı düşünür.