Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyul 2019 12:48
Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycanda qanunsuz miqrantların saxlama mərkəzlərinə yerləşdirilənlərin daha çox hansı ölkələrin vətəndaşları olduğu açıqlanıb.
Trend-in məlumatına görə, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bu ilin ilk 6 ayının nəticələrinə həsr olunmuş mətbuat konfransında deyib ki, Azərbaycanda qanunsuz miqrantların saxlama mərkəzlərinə yerləşdirilənlərin sayı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 30 faiz azalıb.
O əlavə edib ki, ötən il qanunsuz miqrantların saxlama mərkəzlərinə 899 miqrant, bu il isə 627 miqrant yerləşdirilib. Həmin miqrantlar Hindistan, İran, İraq, Türkiyə, Pakistan və digər ölkələrdəndir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin