Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xəstəxanada kütləvi dava - FOTO

Xəstəxanada kütləvi dava - FOTO

Tarix: 23 Yanvar 2021 08:28

Türkiyənin Bursa şəhərində xəstəxanaların birində kütləvi dava baş verib.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, yaralanaraq xəstəxanaya çatdırılan və təcili yardım şöbəsinə aparılan Tamer adlı şəxs həkimləri, tibb bacılarını təhqir edib, onlara hücum etməyə cəhd göstərib.

Xəstəxana qapısında toplaşan xəstə yaxınları da onun səsini eşidib təhlükəsizlik əməkdaşlarına hücum çəkiblər.

Hadisə Osmanqazi ilçəsindəki Çəkirgə Dövlət Xəstəxanasında yaşanıb. Millət məhəlləsindən olan bir kişi ilə savaşan Tamer başından yaralanaraq xəstəxanaya gətirilib.

Tibbi yardım göstərildikdən və çölə çıxdıqdan sonra Tamer və 10 nəfərədək yaxını polis tərəfindən saxlanılıb. Müvafiq tədbirlərdən sonra saxlanılanlar sərbəst buraxılıb.


Etiketlər:  Xəstəxanada kütləvi dava FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ