Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusu keçirmiş insana peyvənd ziyan vura bilər?

Koronavirusu keçirmiş insana peyvənd ziyan vura bilər?

Tarix: 23 Yanvar 2021 22:27

Azərbaycanda 3 qrup insana - 18 yaşa qədər olan şəxslərə, hamilə və uşaq əmizdirən qadınlara koronavirusa qarşı peyvəndin vurulması qadağandır.

Digər insanlar könüllü əsaslarda peyvəndlənə bilərlər. Məntiqi sual yaranır - bəs insan koronavirusu keçiribsə, peyvənd ona lazımdırmı - axı onun qanında artıq koronavirusa qarşı anticisimlər yaranıb? Və növbəti sual - peyvənd koronavirusu keçirmiş insanlar üçün nə dərəcədə təhlükəsizdir?

Sonxeber.net saglamolun.az-a istinadən bildirir ki, Amerikanın Xəstəliklərə nəzarət və profilaktika Mərkəzi (CDC) koronavirusu keçirmiş insanlara peyvənd vurdurmağı tövsiyə edir. Digər peyvəndlənmə kampaniyasına qoşulmuş ölkələrdə də koronavirusdan sağalmış insanlar peyvənd vurdura bilərlər.

Digər maraqlı məqam - heç bir ölkədə peyvənddən əvvəl qanda koronavirusa qarşı anticisimlərin olub-olmamasını yoxlamaq tələb olunmur. Yəni bu anticisimlərin mövcudluğu peyvəndin "iş"inə mane olmur. Həmçinin bundan belə nəticə çıxartmaq olar ki, bu anticisimlər davamlı deyil və bizi koronavirusdan peyvənd qədər qoruya bilməzlər.  

Rusiyada koronavirusu keçirmiş insanlar üçün peyvənd qadağan deyil. Hətta Moskva hökümətinin rəsmi portalında qeyd olunur ki, qanda koronavirusa qarşı anticismlərin olması peyvəndlənmə üçün əks-göstəriş sayılmır.

Beləliklə, koronavirusu keçirmiş insanlar da peyvənd vurdura bilər və bu onların sağlamlığı üçün heç bir təhlükə yaratmır.


Etiketlər:  Koronavirusu keçirmiş insana peyvənd ziyan vura bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ