Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Yanvar 2021 14:30
Fransa ən yeni kompüter sistemlərinin hazırlanması sahəsində dünya liderləri üçlüyünə daxil olmaq niyyətindədir.
“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, ölkə Prezidenti Emmanuel Makron Paris yaxınlığında yerləşən Sakle tədqiqat mərkəzində olan zaman büdcə vəsaitləri, Avropa kreditləri və özəl sərmayələr daxil olmaqla 5 il ərzində 1,8 milyard avro məbləğində miqyaslı investisiya proqramının həyata keçiriləcəyini bəyan edib.
O, bunun sayəsində məhz Fransanın yüksək texnologiyalar sahəsində prinsipial irəliləyişə nail olacağını istisna etməyib.
Kvant kompüterləri kvant mexanikasının effektlərindən istifadə edərək müasir kompüterlərdən tam fərqli prinsiplər üzərində işləyəcək. Onlar gücə görə potensial baxımdan mövcud kompüterləri dəfələrlə üstələyə biləcəklər. Kvant kompüterləri nəzəriyyəsi təxminən 40 il əvvəl yaransa da, indiyədək onun praktiki tətbiqi ayrı-ayrı təcrübələrlə məhdudlaşıb.
Nizam Nuriyev